İngiltərədə müəmmalı intihar hadisəsi baş verib İngiltərədə müəmmalı intihar hadisəsi baş verib. Mançesterdə yaşayan 23 yaşındakı latviyalı model Laura Paxomova özünü hündürmətəbəli binadan atıb. Modelin köhnə sevgilisi qızın ailəsinə Lauranın fahişə olduğunu açıqlayıb. Bunu eşidən Laura isə ailəsinin hər şeyi bildiyini qüruruna sığışdırmayıb və intihar edib.
Hündürmərtəbəli binalardan birinin eyvanından özünü atan qız ölmədən əvvəl atasına son bir mesaj göndərib. Mesajda "Sən daha yaxşı bir qız uşağına sahib olmalıydın" deyə qeyd edilib.
Paxomovanın ölümündə əvvəllər müştərisi olan və daha sonra münasibəti olduğu Martin Riley günahlandırılır. Çünki Martin qızın ailəsinə Lauranın fahişəliklə məğul olduğunu söyləyib. Ailəsi Martinin bu sözlərindən şoka düşüb. Qızlarının universitetdə oxuduğu zənn edən ailə gənc qızdan məsələni öyrənmək istəyib. Laura isə ailəsinin hər şeyi bildiyini öyrənəndən sonra sarsıntı keçirib və özünə qəsd edib.
Yaşadığı evdə aynalara dodaq boyası ilə yazılar yazan Laura köhnə sevgilisi Martin Rileyi günahlandırıb. Gənc adının ölümündən sonra polis Martin Rileyi şübhəli qismində həbs edib. Riley ifadəsində, gənc qızın ailəsinin ona kömək edə bilməsi üçün bu cür addım atdığını söyləyib.