Mətanət hönkür-hönkür ağladı

11-12-2014, 19:18   
Mətanət hönkür-hönkür ağladı
Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişmiş keçmiş həyat yoldaşı Oruc Həmidov barəsində danışaraq, göz yaşlarına hakim ola bilməyib. Lent.az-ın məlumatına görə, “Öz aramızda” verilişinə qonaq olan ifaçı keçmiş həyat yoldaşının ölümü ilə barışmadığını deyib: “Mən istəmirəm ki, indi mənim ağlamağımı görsünlər. Çox pisəm, əlimdə deyil, ağlayıram. Həyat yoldaşım dünyasını dəyişən gündən, ağlaya-ağlaya gəzirəm. O, son nəfəsinə qədər məni arzulayıb. Məni istəyib. Amma bunu məndən gizlətdilər, demədilər. Açığı getmək istəyirdim, amma getmədim. Dedim xəstədir, qorxuram ki, məni görüb, pis olar”.


Əməkdar artist daha sonra deyib ki, qızı və oğlu atasının hüzur yerinə getmək istəməyib: “Qızım Ülkər heç atasını görməyib. Amma oğlum onu görmüşdü. Atasının ölümü oğluma pis təsir edib. Açığı oğlum Kərim atasının hüzur yerinə getmək istəmirdi. Özüm dedim ki, “oğlum, yaxşı deyil. Atanın hüzuruna get”. Oğlumda sözümdən çıxmadı, getdi. Daha sonra dedi ki, “Ana, nə yaxşı ki, atamın hüzuruna getdim, indi rahatam”.


M.İsgəndərli bildirib ki, dünyasını dəyişən keçmiş yoldaşı O.Həmidovucanlını kimlərsə ona əsəbiləşdirərək, canlı efirdə ona qarşı danışmağa dəvət etmişdilər: “Onunla gənclik illərimizdə bir-birimizi başa düşmədik. Amma sonra barışdıq. Onunla aramızda anlaşılmazlıq aparıcı Nanə Ağamaliyevanın “Ulduz oldun” verilişində olmuşdu. Belə ki, mən o vaxtı səhv elədim, Nazənin verilişində onun barəsində danışdım. Canlı veriliş deyildi. Daha sonra Nanədən xahiş elədim ki, zəhmət olmasa çıxart. Amma çıxartmadı. O, da o vaxtı da efirə çıxası deyildi. Amma onu öyrətdilər, çıxıb, digər kanalda barəmdə danışdı. Yəni mənim səhvimdən istifadə edib, övladlarımı atası ilə düşmən elədilər”.


Qeyd edək ki, M.İsgəndərlinin dünyasını dəyişmiş keçmiş həyat yoldaşı O.Həmidov şəkər xəstəliyindən dünyasını dəyişib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.