Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlunun bir qadının ölümünə səbəb olması yenidən ölkə gündəmini zəbt edib. Ölkə mətbuatı Burak Ərdoğanın Sevim Tan Ürək adlı sənətçi qadının qəzada öldürməsini aktuallaşdırıb.
Axar.az xəbər verir ki, yazar Mustafa Xoş qadının əri Əhməd Ürəyin aldığı təzminat qarşılığında şikayətini geri götürdüyünü yazıb.
1998-ci il mayın 11-də Ərdoğanın oğlu Şişli Abidə Hüriyyət prospektində törətdiyi qəzada sənətçi Sevim Tanın ölümünə səbəb olub. Məhkəmədə isə S.Tan təqsirli bilinərək B.Ərdoğana bəraət verilib.
Onun həyat yoldaşı isə “Sevimi öldürdü, bu işdən əl çəkməyəcəm, təhdidlərə baxmayaraq, mübarizə aparacağam”, - deyə verdiyi bəyanatdan bir müddət sonra sonra şikayətini geri götürüb.
Jurnalist M.Xoş məsələyə təkrar qayıdaraq yazır ki, mərhumənin ailəsi qanpulu alaraq cinayəti ört-basdır edib: “Qəzadan bir müddət əvvəl Sevim Tan Amerikaya konsert səfəri üçün sövdələşmə imzalamışdı. Orkestr bunun üçün 50 min lirə (23-25 min manat) almışdı.
Sonra pul orkestr üzvlərinə paylanır, qalan pulla Ürək ailəsinin borcları silinir. Lakin Sevim Tanın qəzada ölümündən sonra konsertin təşkilatçısı pulunu geri tələb edir. Yoldaşı Əhməd Ürək isə əlində olan pulu qaytarsa da, bu, yetərli olmur.
O dövrdə cənazə mərasimində, sadəcə, Tayyib Ərdoğan iştirak edir, daha sonra bu ailə ilə heç bir təmas yaratmır. Yalnız Ərdoğanın yaxınları bazarlığa çağırış etsə də, qadının əri buna razılaşmır. Əhmədin bəyanatları ictimailəşdikcə Ərdoğan ailəsi ölkə mediasında biabır olur. Nəhayət, ailənin konsert pulundan agah olanda Ərdoğanın adamları qadının ərinə elçi düşürlər”.
Jurnalist iddia edir ki, S.Tanın əri konsert təşkilatçılarına olan borcun ödənilməsinə razılıq verir: “Bundan sonra şikayət geri götürülür və hadisə ört-basdır edilir.