İqtidar-müxalifət dialoqu: zalda sıxlıqdır

13-12-2014, 11:29   
Görüşə qatılmaq istəyənlər nəzərdə tutulduğundan çoxdur
İqtidar və müxalifət partiyaları arasında bu günə nəzərdə tutulmuş dialoq artıq başlayıb. Əməkdaşımızın BMM-dən verdiyi xəbərə görə, görüşə nəzərdə tutulduğundan daha çox siyasi partiya təmsilçiləri gəlib. . Belə ki, iqtidar-müxalifət görüşünün 8 partiya arasında keçirilməsi nəzərdə tutulsa da, görüşdə, dialoqda iştirak etmək istəyənlər çoxdur.

İqtidar düşərgəsini Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nümayəndələr təmsil edir.

Əməkdaşımız bu durumla bağlı Ümid partiyasının sədri İqbal Ağazadənin rəyini soruşub. İ.Ağazadə cavab verib ki, onlar da belə bir situasiyanın yaranacağını gözləmirmişlər və bunun səbəbini soruşacaqlar.

Hesab olunur ki, bu formatda keçirilən dialoq konstruktiv olmayacaq və faydalı dialoq aparmaq çətin olacaq.




İqtidar-müxalifət dialoqu: zalda sıxlıqdır

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.