Bəstəkar-müğənninin 35 yaşı tamam olub
Bəstəkar-müğənni Emin Ağalarov 35 yaşını möhtəşəm şəkildə qeyd edib.
Emin ad gününü “Crocus City Hall”un səhnəsində iki günlük anşlaqla keçən konsertlərlə qeyd edib.Konsertlər 10-11 dekabr tarixlərində olub. Konsertdə Rusiya estradasınnı məşhur müğənniləri də iştirak ediblər. Emin onlardan bir neçəsi ilə də səhnədə duet oxuyub. Onu “İnstagram” səhifəsində də bir çox müğənnilər, əsasən Fillip Kirkorov, Ani Lorak, səhnə adı “Artur Pirojkov” olan Aleksandr Revva, Svetlana Loboda və s. təbrik ediblər. Müğənninin konsertindən olan şəkilləri onun rəsmi “İnstagram” səhifəsində paylaşılıb.
Emin onun üçün ən gözəl və qiymətsiz hədiyyələrin oğlanlarının təbriki və Azərbaycanın əfsanəsi olan Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın ona mərhum sənətçinin üzüyünü verməsi olduğunu bildirib. Fotoda üzüyün İran şahı Rza pəhləviyə aid olduğu və Müslüm Maqomayevin taxdığı qeyd olunub.
Qeyd edək ki, biznesmen Araz Ağalarovun oğlu Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Moskvaya köçüb.