ABŞ-ın Pensilvaniya ştatında yaşayan nurçuların lideri Fətullah Gülən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yalnız bir şərtlə razılığa gələ biləcəyini bildirib.
alman mətbuatına müsahibə verən Gülən önəmli mesajlar verib.
Gülən ona Ərdoğanla razılaşıb-razılaşmayacağı istiqamətində ünvanlanan suala belə bir cavab verib:
"Əgər Ərdoğan bir gün mitinqlərində çıxışı zamanı hər şeyin yalan və böhtan olduğunu deyərsə, o zaman mən barışığa hazır olaram".
Gülən Ərdoğanı Türkiyəni bir şəxsin əlində cəmləşdirməkdə ittiham edib.