"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı siyasətindən imtina etmir və müharibəyə hazırlaşır".
Axar.az xəbər verir ki, bu barədə Rusiya müxalifətçisi Boris Nemtsov Feysbuk hesabında yazıb. Nemtsov Rusiyanın bu siyasəti ilə bağlı bundan sonrakı problemlərin Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini bildirib.
Nemtsov Rusiyanın rublun çapına başladığını, bununla xarici banklara olan borcları ödəməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb:
"İndi borcların ödənilmə qrafikinə diqqətlə baxırıq. 700 milyard dollardan çox borc var. Bu ay 30 milyard dollar ödəmək lazımdır. 2015-ci ilin sonuna kimi 130 milyard dollar ödənilməlidir".