Dekabrın 14-də Türkiyədə Fətullah Gülən tərəfdarlarına qarşı yeni əməliyyat həyata keçirilib. Məlumatlarda deyilir ki, 32 nəfərin haqqında həbs qərarı var. Türkiyə mediasını maraqlandıran suallardan biri də həbs ediləcək şəxslər siyahısında Fətullaf Gülən də olub-olmamasıdır.
Baş prokurorun nümayəndəsi Orxan Qapıcı bu barədə suala hələlik bir şey deyə bilməyəcəyini bildirməklə cavab verib.
Baş prokuror nümayəndəsinin bu qeyri-müəyyən cavabı Gülənin özünü də təhlükələrin gözlədiyinə işarə kimi qiymətləndirilir.