Qərb tərəfindən tətbiq edilmiş sanksiyaların təsirini Rusiya 2015-ci ildə hiss edəcək.
Axar.az xəbər verir ki, bunu Çexiya Xarici İşlər naziri söyləyib:
“Digər amillərlə kombinasiyada sanksiyaların təsiri 2015-ci ildə daha aydın olacaq. Yalnız o zaman inflyasiyanın daha da böyüməsini, qiymətlərin əhəmiyyətli dərəcədə artımını gözləmək olar. Bundan başqa, Qərb banklarından kredit əldə etmək imkanının olmaması Rusiya Federasiyasında iri infrastruktur layihələrinin reallaşdırılmasını dayandıracaq.”