Müğənni Röya Ayxan sosial şəbəkədə maraqlı status paylaşıb.
Ailem.az-ın məlumatına görə, o, səhifəsində hər zaman sevəcəyini elan edib: “Varmı sevən, varmı yanan? Mən nə qədər yansam da, sevəcəm. Siz də sevin, çünki sevdikcə insan gözəlləşir və gözəlləşdirir. Maşallah, bu günə”.
Röya xalq artisti Mübariz Tağıyevin repertuarından ifa etdiyi “Gülə, gülə” mahnısını da paylaşaraq yazıb: “Çox adam söyləyir bu mahnı nədir? Ay köhnə mahnıdır, qayıt yenilərə, alınmayacaq, ay bunu Mübariz Tağıyev oxuyub da... Kökünü tanımayan, gələcəyin musiqisinə qiymət verə bilməz. Bu sözləri dünyadan xəbəri olmayanlar deyir”.