Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

16-12-2014, 23:57   
“Rusiya “İsgəndər-M” raketlərini 5 gün bundan öncə Kalininqrada yerləşdirib”.

Axar.az “Reqnum” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı rusiyalı generalı-leytenant Andrey Kartapolov Rusiyanın Kalininqrad ətrafında dekabrın 5-dən 10-a kimi davam edən və Qərb Hərbi Dairəsinin qoşunlarının hərbi hazırlığının yoxlanılması və regionun təhlükəsizliyinin təmin olunması məqsədilə keçirildiyi bildirilən təlimdən danışarkən deyib.

O, təlimdə 9 min hərbçinin, 250 tankın, 100 artilleriya və reaktiv sistemin, 55 gəminin, 41 uçan aparatın iştirak etdiyini bildirib. General bütün texnikanın təlimdən sonra ərazidən geriyə çəkilməsi haqqında məlumat versə də, “İsgəndər-M” raketlərinin ərazidə qalıb-qalmaması barədə heç bir söz söyləməyib.

Qeyd edək ki, bir il bundan öncə Almaniyanın “Bild” qəzeti Kalininqrada “İsgəndər-M”raketlərinin gətirildiyini və onların Baltik ölkələri tərəfə istiqamətləndirildiyi haqqında informasiya yaymışdı. Lakin sonradan Putin narahatlığa əsas olmadığını və Kalininqrada heç bir raketin yerləşdirilmədiyini demişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.