Ermənistanda yerləşən Rusiya hərbi bazasında təlimlərə start verilib.
ANS press-in məlumatına görə, "Kamxud" və "Alagöz" poliqonlarında keçirilən təlimlərə motoatıcı alayların 2 mindən çox yeni çağırılmış əsgəri cəlb edilib.
Təlimlərdə hərbiçilərin döyüş zamanı taktiki, atıcı, topoqrafik, kəşfiyyat və xüsusi mühəndis bilikləri yoxlanılacaq. Yayılan xəbərdə qeyd edilir ki, şəxsi heyət praktikada döyüş mövqelərinin alınması və hazırlanması, minaaxtaranlar və müasir portativ rabitə avadanlıqları ilə bölgənin kəşfiyyatının aparılmasını öyrənəcək. Bundan əlavə hərbi nəqliyyat vasitələrində hərəkət, döyüşə qatılmaq və dağlıq-meşə ərazisindən istifadə edərək döyüşdən çəkilmək taktikaları praktikada nəzərdən keçiriləcək.
Qeyd edək ki, qış mövsümü ilə əlaqədar olaraq keçirilən təlimlər 2 mərhələdən ibarətdir. 2015-ci ilin fevralında başlanacaq 2-ci təlimlərə tank birlikləri də qatılacaq.
- See more at: http://axar.az/news/37873#sthash.EsHX6zyv.dpuf