ABŞ Prezidenti Barak Obama Rusiyaya yeni sanksiyalar tətbiq edən, o cümlədən Ukraynaya yardım məqsədilə silah verilməsini təmin edən qanun layihəsinə imza atıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki yayıb.
Xatırladaq ki, ötən cümə axşamı Senat və ABŞ Nümayəndələr Palatası Ukraynanın silahla təmin edilməsi barədə qanun layihəsini təsdiq etmişdi.