2014-cü ilin bitməsinə sayılı günlər qalmış ilin sürpriz eşq xəbəri “Hürrəm”dən - Məryəm Üzərlidən gəlib.
Türkiyə mətbuatınin xəbərinə görə, Məryəm Üzərli “Möhtəşəm yüzildəki” rol yoldaşı olan Ozan Güvənlə yeni sevgiyə başlayıb.
Ötən il tükənmişlik sindromuna görə rol aldığı “Möhtəşəm yüzil” serialından yarımçıq ayrılan və sevgilisi, iş adamı Can Ateşdən ayrılıb Almaniyaya geri dönən Məryəm Candan olan qızı Laranı dünyaya gətirikdən sonra Türkiyəyə yeni layihə üçün geri dönüb.
Yeni sevgisini yenə də Türkiyədə tapan Məryəm “Möhtəşəm Yüzil” serialında Rüstəm Paşa rolunda oynayan Ozan Güvənlə sevgi yaşamağa başlayıb. Cütlük dünən gecə saatlarda Akatlarda əl-ələ görüntülənib.