Müğənnidən 2 milyon dollarlıq razılıq

18-12-2014, 18:33   
Müğənnidən 2 milyon dollarlıq razılıq
Kanalın yeni il çəkilişi üçün rekord ödəniş
Türkiyənin ən xəsis müğənnisi adına sahib olan Əmrah il başa çatmamış daha bir yüksək ödənişli işə imza atıb. Bu dəfə o türk kanallarından birinin siması olub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Əmrah kanalın yeni il çəkilişlərinə qatılıb.

2015-ci ilin ilk dəqiqələrində Əmrah, Məryəm Üzərli və Burak Özçivit "Starlar Starda" şüarı ilə serialları tanıdacaqlar.

İlkin məlumata görə, Kıvanç Tatlıtuğ, Əmrah və Məryəm Üzərli Star TV ilə 2 milyon, Burak Özçivit isə 1 milyon dollara razılaşıb.

Bundan öncə isə Əmrah restoran şəbəkələrindən birinin reklamına çəkilib. Kamera karşısında hamburger yemək və bir necə saniyəlik reklam üçün müğənni 350 min lira alıb.

Əmrah ən çox qazanan ifaçılardan biri olsa da daima xəsisliyi ilə gündəmə gəlir. O, hətta oğlu, anası, həyat yoldaşına belə qazandıqlarından xərcləməyə qıymır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.