"Türkiyədən daha təminatlı, etibarlı marşurut xətti yoxdur".
Axar.az xəbər verir ki, bu sözləri Türkiyədən keçəcək olan "Türk axnı" təbii qaz kəməri barədə danışan Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiyadakı böhranın daimi olmayacağını vurğulayan Putin hər bir detalı hesablamağın mümkün olmadığını bildirib.
Putin hökumətin böhran şəraitində düzgün addımlar atdığını, ancaq bəzi məqamlarda şanslarının gətirmədiyini də qeyd edib.