Müğənni Röya Ayxan sevgidən yazıb.
BiG.Az saytı axsam.az saytına istinadən bildirirki, sənətçi sosial şəbəkədə hər zaman sevəcəyini bildirib:
“Varmı sevən, varmı yanan? Mən nə qədər yansam da, sevəcəm. Siz də sevin, çünki sevdikcə insan gözəlləşir və gözəlləşdirir. Maşallah, bu günə”.
Xalq artisti Mübariz Tağıyevin repertuarından “Gülə, gülə” mahnısını səsləndirən sənətçi onu paylaşaraq deyib:
“Çox adam söyləyir bu mahnı nədir? Ay köhnə mahnıdır, qayıt yenilərə, alınmayacaq, ay bunu Mübariz Tağıyev oxuyub da... Kökünü tanımayan, gələcəyin musiqisinə qiymət verə bilməz. Bu sözləri dünyadan xəbəri olmayanlar deyir”.