Hamilə müğənni hündürdabandan əl çəkmir
İkinci övladına hamilə olan "Grammy" mükafatlı 37 yaşlı Şakira üzə çıxdı. müğənni dünən Barselona küçələrində görünüb. İkinci övladını gözləyən müğənninin qarnı artıq əməlli-başlı bəlli olmağa başlayıb.
Ən diqqət çəkən məqamlardan biri də onun hamilə olmasına baxmayaraq hündürdabanda olması olub.
Kolumbiyalı ifaçı İspaniyanın "Barselona" komandasında oynayan 27 yaşlı Pike ilə birlikdədir. Cütlüyün artıq Milan Pike Mebarak aadlı bir oğulları var.
Pike ilə Şakira 2010-cu ildə Dünya kubokunun açılış mərasimi üçün hazırlanan “Waka Waka” mahnısıın klip çəkilişləri zamanı tanış olublar.
O zamandan birlikdə olan Pike və Şakira hər sahədə bir-birləriə dəstək verirlər. Şakira zaman-zaman sevgilisinin atçlarını izləmək üçün stadiona gedir, Pike isə onu konsertlərdə yalnız qoymur.