Rusiyadan ABŞ-a xəbərdarlıq

19-12-2014, 14:09   
Rusiyadan ABŞ-a xəbərdarlıq
Lavrov bu xəbərdarlığı Con Kerri ilə telefon söhbətində səsləndirib
Rusiya-Amerika münasibətləri uzun müddətə pozula bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu xəbərdarlığı ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı səsləndirib.

Rusiya XİN nümayəndəsinin verdiyi məlumata görə, Lavrov ABŞ prezidenti Barak Obamanın imzaladığı yeni qanunun Moskva ilə Vaşinqton arasında normal münasibətlərin uzun müddətə pozulmasına səbəb ola biləcəyini bildirib.

"Ukraynanın 2014-də azadlığına dəstək barədə" (Ukraine Freedom Support Act 2014) qanunda Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların yeridilməsi nəzərdə tutulub.

ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə yol açan yeni qanunu imzaladıqdan sonra bildirmişdi ki,şəxsən özü Rusiyaya qarşı yeni sanksiyaların dərhal yeridilməsi ilə bağlı ölçülər həyata keçirmək fikrində deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.