Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gülən "camaat"ına qarşı "Bu günlərdə tədrisdən, xidmətdən bəhs edən quruluşun bir sıra çirkli cinayətlərə bulaşdığını görürük. Hələ davamı da gəlir. Zəncir bunu göstərir. Daha təəccüblü şeylər də eşidəcəksiniz" demişdi.
Ərdoğanın bu sözlərinə Fətullah Gülən cavab verib. Gülən "Möminin mömini öldürməsinin qəbulolunmaz olduğunu bildirib və Quran kitabından nümunə gətirib:
"Məhz buna görə də İsrail oğullarına kitabda onu bildirdik. Kim qatil olmayan və yer üzündə fəsad törətməyən bir insanı öldürsə, sanki bütün insanları öldürmüş kimi olur. Kim də bir adamın həyatını xilas edərsə, sanki bütün insanların həyatını xilas etmiş olur. Rəsullarımız onlara açıq-aydın ayələr və dəlillər gətirmişdilər. Baxmayaraq ki, onların çoxu bütün bunlardan sonra, hələ də yer üzündə fəsad və cinayət törədirlər".
Gülən daha sonra əlavə edib: "İndi durub deyirlər, cinayətkarların arxasında biz varıq. Əndazəsiz iddiaları ilə özlərini gülünc vəziyyətə salırlar".