Elza Seyidcahan saytları məhkəməyə verir

19-12-2014, 18:01   
Elza Seyidcahan saytları məhkəməyə verir
“Şeirlərimi montaj edib verirlər, bəzilər isə heç mənə aid deyil”
Müğənni Elza Seyidcahan “Yeni Müsavat”ın əməkdaşlarına bildirib ki, bəzi sayt və mətbuat işçilərini məhkəməyə verəcək. Səbəb isə şeirlərinin montaj edilərək verilməsidir. Müğənni deyib:
“Mətbuatda gedən şeirlərin çoxu mənə aid deyil. Dostlarım mənə zəng edib soruşurlar ki, “Elza, şeiri yarızarafat yazmısan?”. Bu mənə qarşı böyük təxribatdır. Yazdığım şeirləri isə montaj edib, lətifəyə döndərərək parodiya edirlər. Məni sevən insanların nəzərindən salmağa çalışırlar. Hətta yayılan bir şeirdə Tağı Əhmədovun adı hallanıb. Bundan mənim qətiyyən xəbərim olmayıb.
Bütün bu təxribata görə saytlar araşdırılır və mən onları məhkəməyə verəcəm”.
Müğənni bildirib ki, məhz ona aid olan şeirlər özü tərəfindən “İnstaqram” səhfəsində paylaşılıb.
Qeyd edək ki, son zamanlar Elza Seyidcahan mətbuata daha çox qeyri-adi şeirlər ilə gündəmə gəlir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.