Rusiya prezidenti Vladimir Putin sevgi etirafı edib.
Putin son illərdə birini çox sevdiyini və sevgisinin qarşılıqlı olduğunu deyib. İqtisadı böhranla üzləşən Rusiya son günlər dünya mətbuatının manşetlərində yer alır. Dünən böhranla bağlı 3 saatdan çox mətbuat konfransı keçirən Putin şəxsi həyatından da bəhs edib.
"Avropada yaşayan bir dostum məndən son illərdə bu qədər hadisəyə baxmayaraq sevdiyim olub-olmadığını soruşdu. Mən də "hə"dedim. Hər halda sual verən dostum insanlıqdan çıxdığımı düşünüb. Cavabımdan sonra tanrıya şükr etdi və birlikdə araq içdik"-Putin deyib.
Qeyd edək ki, Putinin sevdiyi qadın rus gimnastı Alina Kabayevadır. Putinin 62, Kabayevanın isə 31 yaşı var.