Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanı da əhatə edəcək

19-12-2014, 23:36   
Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanı da əhatə edəcək
Azərbaycanlı politoloq Türkiyə-Rusiya yaxınlaşması və Azərbaycan mövzusunu dəyərləndirib: “Moskva və Ankara arasında erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uğurlu bir dialoq prosesi başlayıb”

Türkiyədə yaşayan azərbaycanlı politoloq, Ankara Universitetinin doktorantı Orxan Qafarlı TRT Türk “Detay Xəbər” proqramında Azərbaycan, Türkiyə və Rusiya münasibətləri ilə bağlı son vəziyyəti şərh edib. Müsahibədə son olaraq Putinin Türkiyəyə rəsmi səfərindən sonra yaranmış vəziyyət, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması Cənubu Qafqaz regionuna təsiri təhlil olunub. Ekspert qeyd edib ki, Ankara-Moskva yaxınlaşması Cənubi Qafqazda önəmli dəyişiklərə gətirəcək.

Sitat: “Artıq biz Azərbaycan, Türkiyə və Rusiya münasibətlərinin yaxınlaşmasından söz edə bilərik. Türkiyə Rusiya arasında yaxınlaşmanın ilk əlamətlərini Cənubu Qafqaz regionu hiss edəcək. Moskva və Ankara arasında erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uğurlu bir dialoq prosesi başlayıb. Əgər bu siyasi dialoq baş tutarsa 2015-ci ildə biz bunun nəticələrini görə bilərik”.

Rusiyada iqtisadi vəziyyətlə bağlı danışan ekspert qeyd edib ki, Rusiya hakimiyyəti ölkə iqtisadiyyatında modernləşməni reallaşdıra bilməsə, yaxın iki ildə belə normallaşmanı gözləmək doğru deyil. Hazırkı şərtlərdə isə Rusiya iqtisadiyyatını yalnız enerji qiymətlərinin qalxması əvvəlki duruma gətirə bilər. Bu səbəbdən də ekspert yaxın zamanlarda Rusiya iqtisadiyyatindan müsbət xəbər gözləməyin doğru olmadığını düşündüyünü bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.