Gülən tərəfdarlarının aksiyasında Azərbaycan bayrağı (VİDEO)
19-12-2014, 23:58
“14 dekabr” əməliyyatına etiraz edənlərin aksiyası 6 gündür davam edir İstanbulda Ədliyyə binasının önündə “14 dekabr” əməliyyatına etiraz edənlərin aksiyası 6 gündür davam edir.
Bu gün azadlığa buraxılan “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı Çağlayandakı aksiya iştirakçıları qarşısında çıxış edib. Çıxış zamanı meydanda Azərbaycan bayrağının olması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Dekabrın 14-də Türkiyədə həbsə alınan, aralarında media rəhbərləri də olan əməliyyatla bağlı məhkəmə son qərarını verdi. Saxlanılan 34 nəfərin 12-si bu günə qədər məhkəmədə qalmışdı. Bu gün onlardan da 8-i sərbəst buraxıldı. 4-ü barəsində isə hətta terror təşkilatına üzv olma maddəsilə cinayət işi başlandı.
“Samanyolu” telekanalında yayımlanmış həmin görüntünü təqdim edirik.