Müğənni Natavan Həbibi arzuladığı xınayaxdıdan danışdı.
ifaçı özəl günündə bütün təşkilat işləri ilə özünün məşğul olacağını bildirib.
“Xınayaxadı mərasimindən çox xoşum gəlir. Sırf qadınlardan ibarət olur. İstədiyin kimi əylənə bilərsən.
Kimə baxırsan, məni ərə vermək istəyirlər. Dost-tanış bütün günü arzu edirlər ki, tez ərə gedim. Xınayaxdının bütün incəliklərini hələ ki, bilmək istəmirəm. İstəyirəm öz xınamda hər şeyi dəqiqliklə öyrənim.
Xınayaxdımda dekorasiyalar ilə şəxsən özüm məşğul olacam. Qonaqların seçimində, onların geyimlərində belə diqqətli olacam. Mənim xınamda şortik geyinən görməyəcəksiz“.