Putin dünən Rusiyadakı oliqarxlarla görüş keçirib.
Axar.az xəbər verir ki, keçirilən görüşdə yalnız Putinin çıxışı mətbuat üçün açıq olub.
Bundan sonra danışıqlar gizli aparılıb. Putin buraya oliqarxlarla bərabər, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı da dəvət edib. Ən maraqlı məqam isə dəvət edilənlər arasında “Rosneft” rəhbəri İqor Seçinin olmamasıdır.
Gizli keçirilən görüşdə Rusiyada və dünyada tanınan 40 milyarderin iştirak etdiyi vurğulanır. Görüşə həmçinin azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov da qatılıb.