Həbsxanada olan müğənni: Çürüyərəm

20-12-2014, 12:39   
Həbsxanada olan müğənni: Çürüyərəm
Narkotikdən istifadə və saxlamaya görə, barəsində həbs qərarı çıxan müğənni Dəniz Seki üsyan edib. Uzun müddət gizləndikdən sonra tapılaraq həbsxanaya göndərilən müğənni ağır günlər keçirir. "Mən buradan çıxmalıyam, yoxsa çürüyərəm".

Habertürk-ə açıqlama verən sənətçi maraqlı məqamlara toxunub.

D.Seki həbsxanada olmasına baxmayaraq hər gün makiyaj edib, dodaq boyasını mütləq sürtdüyünü deyib. "Başqa qadınlara da özlərinə qulluq etməli olduqlarını, dodaq boyalarını sürtməkləri gərəkdiyini deyirəm. Özümüzü buraxmamalıyıq. Həftədə bir gün telefonla danışmaq icazəm var. Onda da anama zəng edirəm".

Onun sözlərinə görə, həbsxanada heç kim sənətçi Dəniz Seki tanımır. Çünki həbsxana qapısından girəndən sonra hamı eyni olur.

"Kitab yazmağa başladım. Məncə ikinci dəfə bura qayıtmağımın bir səbəbi var. Birinci dəfə mahnım oldu, ikinci də kitabım olacaq. Burada ətrafımı gözəlləşdirirəm. Pərdə hazırladım, kitablarım üçün rəf hazırladım".

Narkotik istifadədə ittiham edilən Seki həbsxanada vəziyyətinin elə də ürək açan olmadığını deyib. "Sanki ölmüşəm və o biri dünyadan özümü izləyirəm. Qələm və kağızla ötən gün barışa bildim. Sağlamlığıma diqqət edirəm. Birdə ingilis dili öyrənirəm. Əməliyyat olandan sonra isə skripka dərslərinə başlayacam".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.