"Miss World" yarışında yarıçılpaq qız görməyəcəyik
"Miss World" yarışı ilə bağlı inqilabi bir addım atılıb, yarışmanın təşkilatçıları gözəllərin çimərlik geyimi kateqoriyasını ləğv ediblər.
Onlar 63 illik ənənəni aradan qaldırmalarına səbəb kimi isə "yarışmaçıların sadəcə bədənləri ilə deyil, hərəkət və danışıqları ilə maraqlanırıq" açıqlamasını gətiriblər.
2015-ci ildən etibarən "Miss World"də gözəllərin çimərlik geyimi keçidini görmək mümkün olmayacaq. Təşkilatçılar qızların düşündükləri və danışdıqlarının onlara maraqlı olduğunu deyib.
Qeyd edək ki, "Miss World" müsabiqəsi ilk dəfə 1951-ci ildə İngiltərədə keçirilib. Bu yarış ilk dəfə "bikini festivalı" adı ilə baş tutub.