Müğənni Əlikram Bayramov şəxsi həyatı ilə bağlı olan problemlərə "ATV maqazin" verilişində aydınlıq gətirib
Əlikram Bayramovun həyat yoldaşı bir neçə ay əvvəl müğənnidən üz döndərib:
"24 ildir evliyik. Sevib, evlənmişik. Həyat yoldaşım evdən çıxıb, getmək istəyirdi. Yatıb yuxuma girməzdi ki, həyat yoldaşım mənə bir gün deyər ki, mən belə yaşamaq istəmirəm".
Müğənni bu küskünlüyün səbəbini də açıqlayıb: "Klipimdə bir xanıma üzük verdim. Həmin üzük dala qayıtmadı. Həyat yoldaşımın qulağına çatdı. Amma bu küskünlüyü xaricdə yaşayan övladıma bildirmədim. Hal-hazırda hər şey yaxşıdır, onu çox sevirəm".