İnsan ticarətində adı halanan müğənni məhkəməyə üz tutub
Məşhur müğənni Sərdar Ortac təhqir olunub. Müğəninin sosial şəbəkədə qadın ticarəti ilə məşğul olduğu yazılıb.
Sərdar Ortac sosial şəbəkə “Twitter” də onu təhqir edən şəxsi bağışlamayıb. Belə ki, müğənni həmin şəxsdən şikayət edib.
Yeni ailə quran müğənni "sanki müğənniliklə yox, qadın ticarəti ilə məşğul olur” yazan istifadəçinin həbsini istəyib.
Prokurorluq isə Sərdar Ortacı haqlı hesab edərək onun müraciətini qəbul edib və həmin şəxsin 2 il həbsi tələbi ilə iddia qaldırıb.
Qeyd edək ki, Sərdar Ortac hazırda özündən 21 yaş kiçik İrlandiyalı model Xloe Louqhnanla evlidir.