Şimali Koreya rəhbərliyi ABŞ-a “Sony”yə edilən kiber hücumla bağlı birgə istintaq təklif edib.
Axar.az-ın məlumatına görə, Ş.Koreyanın rəsmi xəbər agentliyi olan KCNA-da yer alan xəbərə görə, rəhbərlik ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) yaydığı məlumatları əsassız hesab edərək onları “böhtan atmaqda” ittiham edib.
ABŞ-ın ortaq istintaq təklifini qəbul etməməsi və Şimali Koreyaya böhtan atmağa davam etməsinin dəhşətli nəticələr verəcəyini bildirən Koreya səlahiyyətliləri ABŞ-ın düşmən siyasətinin nəticəsi olaraq nüvə güclərini artırmağa qərar verdiklərini bildirib.
Xatırladaq ki, FTB “Sony”yə edilən kiber hücumun arxasında Şimali Koreyanın olduğunu iddia edir.