Kürdüstan Cəmiyyəti (KCK) üzvü Mustafa Qarasunun Fətullah Gülən hərəkatını erməni lobbisi ilə yenidən əməkdaşlıqda ittiham etməsi aranı qatıb.
KCK nümayəndəsinin fikirlərinə Türkiyədə nəşr olunan erməni “Agos” qəzetində Rober Koptaş və Qarın Qaraqaşlı cavab verib.
R.Koptaş qeyd edib ki, Qarasunun açıqlaması tələm-tələsik ağızdan çıxan söz deyil. Onun fikrincə, KCK üzvü PKK lideri Öcalanın bu mövzuda etdiyi düzəlişdən sonra belə çıxış edirsə, ortada ciddi məqamlar var.
Q.Qaraqaşlı da bildirib ki, Öcalanın aydınlıq gətirdiyi lobbi məsələsinin yenidən gündəmə daşınması şüurlu siyasi seçimdir. Onun sözlərinə görə, bu seçim xalqlararası təhlükəsizlik məsələsinə fayda verməyəcək.