Sənətkarlar səhnədən get desələr gedərəm…..
Sevinc Şuşalı harda anadan olub?
- Yevlax rayonunda doğulub, Şuşada böyüyümüşəm. İçdiyim su, aldığım hava Şuşadan gəlib mənə. Yevlağıda dana bilmərəm, çükmki, orada anadan olmuşam.
- Sizin neçə yaşınız var ki?
- 40 yaşım var
Musiyə həvəsiniz nə vaxtan olub?
-Yetkinlik vaxtlarından musiqiyə həvəsim olub. Bizim dövrdə gəlib məktəbdən səsi olan uşaqları seçirdilər. Mən də o seçilən bacarıqlı uşaqlardan olmuşam.
Musiqi təhsiliniz varmı?
- Şuşa Musiqi Texnikumunu bitirmişəm. Gənclik illərində rayon tədbirlərinin fəallarından olmuşam. Yaşım çatmasa da müəllimlərim mənə tədbirlərdə iştirak etmək üçün şərait yaradıblar. Mənim sevgi dünyam var idi. Mən onu sevdim və qoşulub qaçdım. Gözəl ailəm oldu. Sənətdən uzaqlaşdım. Oğlum dünyaya gəldi. Həyat yoldaşım, atam və anam dünyasını dəyişəndən sonra başqa gəlir yerim olmadığına görə, müğənniliyə qayıtmışam. Çətində olsa oğlum üçün yaşayıram…
Bu muhit sıxmır sizi?
- Əvvələr məşqlər etdim. Restoranlarda oxudum. Həm də gəlir yerim oldu. Daha sonra özümə güvəndim ki, daha oxuya bilərəm. 1000 nəfərlik toylara getdim. Mənim reklamı xalqım edir. Mən 7 ildir Masallı-cənub bölgəsinə toya gedirəm.
Toy danışanda qiymətlərdə güzəştə gedirsiz?
-Çox güzəştə gedirəm. Çünki, məni yaşadan xalqdır
Bəs yoldaşınız rəhmətə getməzdən əvvəl toylara getmirdiniz?
- Ailə qurana qədər toylarda, məclislərdə, tədbirlərdə iştirak edirdim. Sonra övladım dünyaya gəldi və sənətdən uzaqlaşdım. Yəni sənətə ikinci dəfə qayıtmağım maddi ehtiyacla bağlı idi. İndi də toylara gedirəm.
- Məşhur sənətçilərlə eyni məclislərə düşürsünüz?
- Çox. Tacir Şahmalıoğlu, Əlikram Bayramovla və fədai Laçınla toylarda oluruq.
- Məşhur deyilsiz məclislərdə, bəs sizi məşhurlar necə qarşılayılar?
- Çox yaxşı qarşılayırlar. Məclisdə görəndə sanki can-ciyərdilərHər şey insanlıqdan asılıdır.
Məşhurlardan kimlərə qulaq asırsız?
-Zeynəb Xanlarovaya qulaq asıram. Cənub bölgəsində mənə ikinci Zeynəb xanlarova deyirlər
- Kimlər sizi görməzdən gəliblər?
- Hamı halahal-ehval tutur mənlə.
- Siz ifaçı kimi özünüzü Fədayə Laçından güclü sayırsınız?
- Heç kimin şəxsiyyəti ilə işim yoxdur. Sənətimlə hər bir kəsin qarşısında sözümü deməyi bacarıram. Yeri gələndə, hər birindən də üstünəm.
- Bəs hansı məşhurlarımız sizə sənət yollundakı ilk addımlarınıza köməklik göstərirlər?
- Tanınmış sənətçilərdən Əli Mirəliyevin insanlığı və sənətinə pərəstiş edirəm. O insan məktəbdir, sənətkardır.
- Əli Mirəliyevdən dərs alırsız?
- Bəli, onun bildiklərindən, həqiqətən də, yararlanıram. Tez-tez yanına gedirəm.
- Nə qədər ödəniş edirsiniz?
- İnanın ki, heç nə ödəmirəm, təmənnasız hazırlaşdırır. Mən onun yanına gedəndə çoxları dedi ki, risk etmə, Əli Mirəliyev hər sənətçini bəyənmir. Özümə arxayın olduğuma görə getdim və ifamı bəyənib tələbəsi kimi qəbul etdi.
- Əli Mirəliyevdən dərs alandan sonra ifanızda hansı dəyişikliklər olub?
- İfamda çox dəyişikliklər olub. Elədiyim yad boğazlar məni uçuruma doğru aparırdı. Bu dəqiqə Azərbaycanın 99 faizi yad boğazlarla oxuyur. Bu boğazlar Azərbaycanın musiqisinə aid deyil. O mənə Üzeyir Hacıbəyovun qoyduğu sənəti öyrədir.
Efirlərə tez tez çıxırsız?
- Ara-sıra çıxmışam. Respublika üzrə paytaxtda ATV-yə, Sumqayıtda isə Dünya tv0-yə dəvət ediblər. Belə isə daha çox region kanallarında çıxışlarım olur.
- Məşhur olmağa cəhd edirsiniz?
- Niyə də xalq görməsin ki, əsl sənətimiz, Mən elə insanlarla oxumuşamki, onlar mikrofonu qoyub səhnəni tərk ediblər.
- Efirə niyə çıxırsınız, yoxsa özünüzü?
- Səsimi göstərməyə. Amma efirə çıxanda geyimimə daha çox fikir verirəm.
Açıq geyinirsən, başqa cür reaksiya verirlər. Mən göstərmək istəyirəm ki, xalqımızın gözəl qadınları da var. Məktəb vaxtı da mən səhnə mədəniyyəti keçmişəm. İstedadım və səhnə mədəniyyətim var. başqa nəyəsə ehtiyacım yoxdur.
- Aparıcıların şpaqat açmasına necə baxırsız?
-Onlar sadəcə şou göstərirlər. Onların bacardığı sadəcə odur deyə onu göstərirlər
- Sizin sponsorunuz var?
- Sponsorlar təmənnalı olurlar. Bəlkə də, əsl azərbaycanlı oğlu olar, sponsorluq edər. Hazırda sponsurum özüməm.
- Bahalı geyiminizə nə neçə mantdır?
- 300-400 olub. O baxır mənim gəlirimə. Bahada olur, ucuzda
Müğənlilərdən kimlə görüşnək istərdiz?
-İndi müğənllilərin qəbuluna düşmək çətindir. Düşünmürlər ki, xalqın “qulluqçu”larıdırlar.
- Toya neçəyə gedirsiniz?
- Tək özüm min manata.
- Axır vaxtlar sənətçilərin tədbirlərə, hətta toya mühafizəçiylə getməsi dəb olub. Sizin mühafizəçiniz var?
- Mənim elə şeylərə ehtiyacım yoxdur. Ömrü boyu pəncərəmdə dəmir barmaqlıqlar olmayıb. Kimə nə etmişəm ki, mənimlə işləri olsun?
- Oğlunuz necə biridir?
- Ağıllı, mehriban biridir. Hər dəfə mənə deyir ana nə yaxşı ki, sən varsan. Sən olmasan mən yaşaya bilməzdim.
- Kiməsə maddi kömək edirsiz?
- Ehtiyacı olanlarla çörəyimi bölməyi bacarıram. Bacı-qardaşlarım isə, şükür ki, özlərini dolandıra bilirlər.
Əgər sənətkarlardan kimsə desə səhnədən gedin gedərsiz?
Kimsə Əli Mirəliyev qədər bilikli olsa desə Sevinc mikrofonu qoy get səhnədən gedərəm. Amma biliröəm ki, sənətkarlar get deməzlər, qal oxu deyərlər. Çünki, mən yad boğazlar oxumuram ki, mənə get deyələr.
Sənətkarlardan kimin sizi dinləməyini istərdiz?
-Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva bu sənətkarların bir dəfə məni dinləmələrini istərdim. İnaniram ki, mənə dəstək olarlar.
- ayda nə qədər toya gedirsiz?
- Mənim bir ayin 30 günü toyda oluram.
- Vergi ödəyirsiniz?
- Dövlətə o vaxt vergi ödəyərəm ki, dövlət məni önə çəkər, O zaman canla-başla vergimi ödəyərəm.
klip çəkdirmirsiniz?
- Xalqın mənə sevgisi o qədər güclüdür ki, elə şeylər yadıma düşməyib. Sosial şəbəkələrdəki profilimi də dostlarım açıblar, mahnılarımı saytlara yükləyiblər. Belə şeylər özümün yadıma düşmür. Sağ olsunlar dostlarım...
İnsanların sizi sevdiyini necə hiss edirsiz?
Sosial şəbəkələrdən, saatlarca toylarda mənim ifama qulaq asmaqlarından hiss edirəm ki, Sevinc Şeşalı sevilir.
- Belə tanınmaq bəs edir sizə?
- Əlbəttdə ki, yox. Çalışıram ki, hər kəs məni tanısın. Çünki, məndə bu xalqın qızıyam. Şuşalıyam…
- Səhnəmizdə gənc müğənnilərdən kimi dinləyirsiz?
- Röyanı çox sevirəm, dinləyirəm. Sənətinə hörməti var və ona saatlarca qulaq asıram
Necə tanınmaq istəyirsiz?
- Gələcəkdə peşakar.Sənətdə sözün deyəcək biri kimi….