“Leyla Əliyeva bağışlasın məni, icazə almadım”- Elza

21-12-2014, 10:28   
“Leyla Əliyeva bağışlasın məni, icazə almadım”- Elza
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirinə musiqi bəstələyib.

Yenilik.Az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında əməkdar artistin özü məlumat verib. O bildirib ki, L.Əliyevanın “İnsanlar ” adlı adlı şeirinə mahnı bəstələyib. Mahnının təqdimatı isə dekabrın 24-də, prezident İlham Əliyevin ad günündə Heydər Əliyev adına Sarayda keçiriləcək konsertdə baş tutacaq:

“Leyla Əliyevaya qarşı çox böyük hörmətim var. Leyla xanımın “İnsanlar” şeirinə mahnı bəstələmişəm. Qarşıdan prezidentimizin doğum günü gəlir. Bu mahnı da prezidentimizə ad günü hədiyyəsi olar. Çox xahiş edirəm ki, hər kəs o mahnıya qulaq assın. Orada balaca və gənc bir qızın ailədə aldığı tərbiyə, vətənpərvərlik, insanları sevmək hissələri var. Ona görə də həmin şeirə mahnı yazdım”.

Əməkdar artist həmçinin qeyd edib ki, şeirə mahnı bəstələmək üçün Leyla Əliyeva müraciət etməyib:

“Mənim ilhamım elə güclü gəldi ki, Leyla Əliyeva bağışlasın məni, icazə almadım. Misal var ki, Allah bizi yaradanda da heç kəsdən icazə almayıb. Mənə elə gəlir ki, Leyla Əliyeva heç zaman məndən icazə gözləməz. Çünki o bilir ki, mən Qara Qarayev məktəbinin davamçısı, Arif Məlikovun tələbəsiyəm. Yəni o ağacın budaqlarının balaca bir ruşeymi də mənəm. Yəqin ki, mən o sözlərə böyük bir məsuliyyətlə və peşəkarcasına yanaşmışam. Bunu reklam və şah-şöhrət xatirinə etməmişəm. Həmin şerin rus və azərbaycan dilində olan variantlarına da ayrı-ayrılıqda musiqi bəstələmişəm”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.