Aktrisa Nübar Novruzova həyat hekayəsi ilə hər kəsi şoka salıb.
ATVxəbər.az məlumat verir ki, “Düzünü desək” verilişinin aparıcısı Günay Firudinqızı və verilişin qonaqları olan psixoloq Elmir, müğənni Kərim və aktyor Elməddin aktrisanın həyat hekayəsini eşidib, göz yaşlarına hakim kəsilə bilməyiblər.
Aktrisa Nübar Novruzova onu depressiyaya salan hadisələri dilə gətirib: "Teatrda tamaşa hazırlayırdıq. «Qarışqa şıllaq atdı» adlanırdı… Orada mən göbək rəqsi oynayırdım. O qədər atlanıb, düşdüm ki, çıxanda gördüm bətnimdəki övladımı itirmişəm. İkinci övladımı itirməyimə səbəb qəza oldu. Kənd yolunda camış maşının qabağından keçdi, maşın aşdı. Tanrı 40 yaşında mənə üçüncü dəfə ana olmaq şansı verdi və mən ana oldum. Bu övladım dünyaya gələndə çox əzab çəkdim. Əzabla böyütdüyüm övladıma həkimlər elə diaqnoz qoydular ki… Gördüm yox bu bahalı müalicələr mənlik deyil. Getdim çölün düzünə, nərə çəkdim. Əlimi qaldırdım göyə dua etdim ki, övladımı bu dəfə məndən alma. Gözəlliyimi al, pulumu al, amma övladımı alma məndən...»
Gözyaşardıcı anları əks etdirən videonu sizə təqdim edirik:[media=https://www.youtube.com/watch?v=HCVueToEszk]