ABŞ prezidentinin dəvəti qəbul edib-etməməsi hələlik məlum deyil.
Rusiya ABŞ prezidenti Barak Obamaya faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilmiş tədbirdə iştrak etməsi üçün dəvət göndərib.
bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov tədbirlə əlaqəli brifinqdə elan edib.
“Əlbəttə dəvət göndərmişik. Qələbənin 70 illiyinə həsr edilmiş tədbirlə əlaqədar dünyanın bir çox ölkələrinə dəvət göndərilib”- deyə Uşakov bu barədə suala cavab verərkən bildirib.
Dəvət olunanlar arasında maraqlı qonaqlardan Şimali Koreya lideri Kim Çen In da var. “Rəsmi Pxenyandan Koreya liderinin tədbirdə iştrak etmək istəyi barədə ilk siqnallar gəlməkdədir”- deyə Uşakov bildirb..
Obamanın dəvəti qəbul edib-etməməsi hələ məlum deyil.