İlhamənin vəkili: Nazpəri 25 min manatı birdən tam ödəyəcək

22-12-2014, 21:21   
İlhamənin vəkili: Nazpəri 25 min manatı birdən tam ödəyəcək
“Dekabr ayının 26-na təyin edilən məhkəmədə Xalq artisti Nazpəri Dostəliyevanın tələbi təmin olunmayacaq”.

Yenilik.Az-ın məlumatına görə, bunu AzNews.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz Hacılı bildirib.

O, qarşı tərəfdən 25 min manat cərimənin hissəli halda deyil, birdən ödəniləcəyini tələb edəcək:

“Nazpəri Dostəliyeva 25 min manat cərimənin hissəli halda ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə İlhamə xanımın xeyrinə qərar çıxardı. Bundan sonra Nazpəri xanım həmin qərardan Bakı Apelyasıya Məhkəməsinə müraciət edib. Proses dekabrın 26-da keçiriləcək. Qarşı tərəf istəyir ki, 25 min manatı hissə-husə ödəsin. Biz isə məhkəmədən tələb edəcəyik ki, Nazpəri xanımın iddiası təmin olunmasın. Söhbət bağlanıb. O, 25 min manatı nəğd ödəyəcək”.

Xatırladaq ki, Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın arasında gedən məhkəmə çəkişməsinə Ali Məhkəmədə baxılıb və yekun qərar verilib. Ali Məhkəmənin qərarına əsasən İ.Quliyevanın iddiasına görə Nazpəri Dostəliyeva 25 min manat cərimələnib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.