"Lukaşenko, Nazarbayev vəziyyəti anlayırlar, Ukrayna-Belorus-Qazaxıstan birliyi real deyil".
bu sözləri Avroatlantik Əməkdaşlıq İnstitutunun elmi direktoru Aleksandr Suşko deyib.
Lukaşenkonun Kiyevə səfərini dəyərləndirən Suşko antiputin ittifaqının yaranması ehtimalının az olduğunu, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Belorus Prezidenti Aleksandr Lukaşenkonun özlərini buna hazır hiss etmədiklərini bildirib:
"Görünən budur ki, Putin Nazarbayev və Lukaşenkonu öz tərəfinə çəkə bildi. Onlar həmçinin Avrasiya İttifaqının üzvləridirlər. Hər iki lider anlayır ki, geosiyasi hədəflərdə onlardan istifadə edilir. Ukrayna hakimiyyəti ilə münasibətlərdə öz niyyətlərini mürəkkəb yolla çatdırmağa çalışırlar".