ABŞ-da uşaqlarla bağlı dəhşətli statistika

22-12-2014, 23:10   
ABŞ-da uşaqlarla bağlı dəhşətli statistika
8 ayda laqeydsizlik və təcavüz üzündən azı 786 uşaq ölüb
ABŞ-da 8 ay ərzində laqeydsizlik və təcavüz üzündən azı 786 uşaq ölüb.
Associated Press-in apardığı araşdırmanın nəticələri bunu təsdiq edir.

Uşaqların hansı səbəbdən öldüklərini müəyyən etmək üçün araşdırma aparan agentlik onların çoxunun döyülmə, aclıq və ya diqqətsizlik səbəbindən dünyasını dəyişdiyini bildirib. Agentlik Amerikanın 50 ştatında araşdırma aparıb. Məlum olub ki, bəzi ştatlar ölən uşaqların sayını gizli saxlamağa çalışır.

Araşdırmaların nəticələri 786 uşağın çoxunun 4 yaşa çatmamış öldüyünü göstərib.

Federal hökumətin illik hesabatında deyilir ki, keçən il uşaq ölümlərinin sayı orta hesabla 1650-yə çatıb. Associated Press isə rəqəmin 2 dəfə artıq olduğunu iddia edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.