Rusiya bombardmançıları ABŞ hərbi bazası üzərində

23-12-2014, 00:08   

Rusiyaya məxsus Tu-95 bombardmançı təyyarələri ABŞ-a məxsus ən böyük hərbi baza üzərindən uçuş reallaşdırıb.

Axar.az xəbər verir ki, bu olay bir ay ərzində üçüncü hadisədir.

Sakit okeanda yerləşən Quam adasında yerləşən ABŞ-a məxsus ən böyük hərbi baza yaxınlığında ilk dəfə Rusiya hərbi təyyarələri 7 dekabrda uçuş həyata keçirmişdilər.

Pentaqon da bu məlumatı təsdiqləyib. Qeyd edək ki, 8 dekabrda da Alyaska üzərində rus qırıcları görünmüşdü.

Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı general-polkovnik Viktor Bondaryev məsələ ilə bağlı açıqlamasında hərbi təlimlərin keçirildiyini, heç bir beynəlxalq qayda pozuntusunun olmadığını vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.