Əməkdar artist: "Kim mənim yerimdə olsa, çoxdan ürəyi partlayıb ölmüşdü" - FOTO

23-12-2014, 00:22   

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrında uzun illər çalışan Lətifə Əliyevadan xəbər var. Aktrisa Milli.Az-a açıqlamasında efirlərdə görünməməsinin səbəblərindən danışıb:

"Bəzən efirlərə dəvət edirlər, amma gedə bilmirəm. Çünki uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirəm. Əsəblərim yerində deyil, sifətim, gözlərim şişib, başım tez-tez gicəllənir. Qorxuram ki, gedərəm elə verilişdə yıxılaram. Bu səbəbdən getmirəm, incidiklərini də bilirəm. Həkimə gedib gəlirəm,o da deyir ki, çay iç uzan, heç yerə getmə. Camaat soruşur ki, ay Lətifə xanım, hamını seriallarda görürük, sizdən başqa. ƏIbəttə ki, yaş da öz sözünü deyir. Həyat məni çox şeylərə öyrətdi, yaşayışım da yaxşı deyil. Keçən il xəstə-xəstə "Sindrom" serialına çəkildim, tamaşaçılarımı sevindirdim. İnanın küçəyə çıxa bilmirdim, hamı məndən danışırdı. Çünki uzun illərdən sonra tamaşaçıların görüşünə məhz bu serial ilə gəldim. Amma bu serialı da mənə çox gördülər, sonradan məni bu serialdan da çıxardılar. Bilmirəm niyə?.. Hərdən bir teatra gedirəm, yeni tamaşalara baxıram. Kim mənim yerimdə olsa, çoxdan ürəyi partlayıb ölmüşdü".

Qeyd edək ki, tamaşaçılar aktrisa Lətifə Əliyevanı "Bəyin oğurlanması" filmi, "İtkin gəlin" serialından tanıyırlar. Aktrisa uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb, amma yaşı ilə əlaqədar olaraq işdən çıxarılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.