Böyük güclər dünya müharibəsinə hazırlaşır – Şok analiz

23-12-2014, 12:56   

“Rusiya, Qazaxıstan, Azərbaycan və Tacikistan son yarım il ərzində hər kəsdən çox qızıl alır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Aleksandr Sobyanin çıxış edib. O, qızılın qiymətinin tənzimlənməsində Rotşildlər ailəsinin mühüm rol oynadığını söyləyib:

“Qızıl da uran kimi bazar tərəfindən tənzimlənir. Onları iki struktur idarə edir: Burada da Amerikanın Rotşildlər ailəsi mühüm rol oyanayır. Bu strukturlar Londondakı Qızıl Komitəsi və Hollandiyadakı Gümüş Komitəsidir. Müvafiq olaraq 50 ildən çox müddətdə tənzimləmənin köməyi sayəsində qızıl və gümüşün qiymətinin aşağı səviyyədə tutulması siyasəti həyata keçirilib. Bu dəqiq qarşılıqlı əlaqədir. Qızıl və gümüş bazarının idarə edilməsi resursların qiymətinin aşağı olmasına, dolların isə alıcılıq qabiliyyətinin yüksəlməsinə istiqamətlənmişdi. Bu il Rotşildlər Qızılı Komitəsini bağladılar və Gümüş Komitəsindən çıxdılar. Bütün bunlar o deməkdir ki, müharibəyə hazırlıq gedir”.

Politoloq amerikalıların neftin qiymətini endirməklə qızılın qiymətini stabil saxlaya bilməyəcəklərini deyib:

“Qarşılıqlı olaraq proseslər belə təzahür edir: neftin qiyməti ucuzlaşdıqca müəyyən intervalla qızıl da enəcək. Amerikalılar eyni müddət ərzində Rusiyaya qarşı neftin qiymətini endirməklə qızıl qiymətini stabil saxlaya bilməzlər. Belə situasiyada qızıl bazarında nəzarəti əldən verməmək üçün dövlətlərə qızılı almaq imkanları məhdudlaşdırılmalıdır. Bazarın analitiklərinin fikirləri bir nöqtədə kəsişir ki, Fort-Noksda yerləşən Federal Ehtiyat Sisteminin anbarında faktiki qızıl yoxdur. Daha dəqiq desək, Federal Ehtiyatda onlar kağız üzərində mövcuddur, amma “buxarlanıb”. Yəni sarı metal başqa bir yerə köçürülüb. Bu da müharibəyə başlamaq üçün başqa bir hazırlıq metodudur. Bir şeyi anlamaq lazımdır ki, bir zamanlar Almaniya öz qızılının repatriasiyasını həyata keçirmək istəyəndə Böyük Britaniya və Fransa onu geri döndərdilər. ABŞ isə bildirdi ki, bunu sizə vermirik və 2018-ci ildən də tez verməyəcəyik. Bu zaman Almaniyaya qarşı çox alçaldıcı formadan istifadə edildi. Federal Ehtiyat almanlara öz qızıl ehtiyatlarına baxmağa belə imkan vermədi. Burada bir məsələ də var ki, fiziki qızılı real olaraq yalnız siyasi cəhətdən suveren ölkələr alırlar. Rusiya, Qazaxıstan, Azərbaycan və Tacikistan son yarım il ərzində hər kəsdən çox qızıl alır. Ona görə də qızılla bağlı inqilabi şeylər baş verir. Bunu 1940-ci illərin əvvəllərindəki hadisələrlə də müqayisə etmək olar. Bütün böyük oyunçuların maliyyə, iqtisadi, təşkilati cəhətdən dünya müharibəsinə hazırlığı ilə bağlıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.