Xilafətdə olmuş alman jurnalisti “ABC News”a sensasion müsahibə verdi: “Mücahidlər bu müharibədən qalib çıxacaqlarına əmindirlər”
Avqust ayından ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans İŞİD-ə qarşı hava zərbələrinə start verdi. Elə o vaxtdan almaniyalı Yürgen Todenhöfer ilk Qərb jurnalisti kimi İŞİD-lə bir yerdədir.
O, indiyə kimi İŞİD sıralarında vuruşan 14 nəfərdən çox amerikalı ilə görüşüb. Onlardan bir Nyu Cersidəndir. Jurnalist 10 gün xilafətin daxilində yaşayıb.
Yürgen Todenhöfer “ABC News”a verdiyi müsahibədə bildirib ki, onun qarşılaşdığı amerikalıların bəziləri ərəbəsilli amerikalılar idi. Ancaq İŞİD-ə qoşulanlar arasında köklü-ağdərili amerikalılar da var.
Jump media player Media player help Out of media player. Press enter to return or tab to continue.
“Mən çox müharibələr görmüşəm. Onlar mənim indiyə kimi gördüyüm ən güclü qrupdur. Çox güclü və çox ağıllıdırlar. Əhvali-ruhiyyələri çox yüksəkdir. Onlar sadəcə baş kəsmirlər. Mən onlarla dini baxımdan təmizlə işlərinin strategiyası haqqında söhbət etdim. Bu, onların rəsmi fəlsəfəsidir".
Poster showing prayer positions
Onlar mənə dedilər ki, təmizliyin yaranması üçün təxminən 500 milyon nəfər ölməlidir”, almaniyalı jurnalist Amerika mediasına bildirib: “Nyu Cersidən olan oğlan, o, məni təəccübləndirdi. Siz gözləməzsiz ki, Nyu Cersidən kimsə İŞİD-ə qoşulsun. Onlar son dərəcə sərtdirlər. Çox məlumatlı insanlardır. Onların bir çoxu öz ölkəsində ciddi uğurlar qazanmış adamlardır. Onlar öz ölkələrində müxtəlif səbəblərdən ayrı-seçkiliyə məruz qalıblar.
Map of IS areas of control
Kimlərsə onlara basqı edib. Ona görə də onlar xilafətdə yaşamaq istəyirlər. Onlar əmindirlər ki, İslam Dövlətində belə şeylər olmayacaq. Onlar ona da qəti əmindirlər ki, onlar bu müharibədən qələbə ilə çıxacaqlar”, İŞİD haqqında kitab yazan Yürgen Todenhöfer vaxtının çoxunu Mosulda keçirib. İŞİD-ın paytaxtı Raqqada da olub.
Juergen Todenhoefer with IS fighters
O, “ABC News”a verdiyi müsahibədə mücahidlərlə necə münasibət yaratmasına da aydınlıq gətirib. 7 ay əvvəl başladığı 80 nəfər mücahidlə bağlı araşdırmalarından danışıb. Qarşılıqlı əlaqələrin inkişafı üçün gördüyü işlərə diqqət çəkib.