Azərbaycanın ən fəal seçiciləri haradadır? - YENİLƏNİB

23-12-2014, 18:12   
Azərbaycanın ən fəal seçiciləri haradadır? - YENİLƏNİB
17:56

"İndiyə qədər ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb". Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, ən az seçici fəallığı isə 1, 2, 3 saylı Sabuncu və 1 saylı Nəsimi seçki dairələrində qeydə alınıb.

---------
16:02

İndiyə qədər ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, ən az seçici fəallığı isə Gəncə üzrə dörd dairədə və Nəsimi üzrə 1 saylı dairədə qeydə alınıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.

---------
13:01

İndiyə qədər ən çox seçici fəallığı 51 saylı Qusar, 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə 37, 38, 39, 40 saylı Gəncə seçki dairələrində qeydə alınıb.

---------
11:45

İndiyə qədər ən çox seçici fəallığı 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan seçki dairəsində qeydə alınıb. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə Culfa və Şərur seçki dairələrində qeydə alınıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.