Dəhşətli qətl törədib intihar edən məmur oğlu çıxdı - Yeniləndi

23-12-2014, 22:19   
Dəhşətli qətl törədib intihar edən məmur oğlu çıxdı - Yeniləndi
APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

Xatırladaq ki, bu il oktyabrın 1-də Goranboyda Rafiq Hüseynov adlı şəxs arvadının 7 qohumunu öldürməklə bədnam bir tarix yazmışdı.

***

Lerik rayonunda dəhşətli ailə faciəsini törədən şəxsin məmur oğlu olduğu müəyyənləşib.

Publika.az-ın məlumatına görə, Lerik rayon sakini Camaləddin Cəbrayıl oğlu Surətov Camaləddinin atası Cəbrayıl Surətov Lerik rayon Təhsil Şöbəsinin müdir müavinidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.