ATV-də efirə gedən “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızının Bakıdakı toyunda oğlu iştirak etməyəcək. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, Xoşqədəm xanımın 20 yaşlı oğlu Zaur ilk gündən bu evliliyin əleyhinə olub. Ona görə də bəylə gəlinin xoş günündə iştirak etməkdən imtina edib. Xəbəri dəqiqləşdirmək cəhdimiz hələlik baş tutmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, Türkiyəli müğənni Doğuşla oktyabrda nikaha daxil olub, hamını qəfil xəbərlə təəccübləndirən tele-aparıcı Xoşqədəm Hidayətqızına Bakıda toy çalınacaq. Xanım teleaparıcı ikinci dəfə əyninə ağ gəlinlik geyinəcək.
Yenilik.Az tabloid.az-a istinadən xəbər verir ki, Türkiyədə baş tutan toyun davamı dekabrın 25-nə nəzərdə tutulub. Artıq toyun dəvətnamələri də paylanıb. Xoşqədəm xanım Doğuşla toyuna tanınmışları dəvət edib. Qeyd edək ki, toy mərasimi Kempinskidə baş tutacaq.Yenilik.Az