Terrorçu PKK təşkilatının lideri Abdullah Öcalan kürd separatçılarınma yeni təlimat verib.
ANS PRESS-in məlumatına görə, İmralı həbsxanasında saxlanılan Öcalan PKK üzvlərinə yol kəsmə, adam qaçırma, "vergi" təyin etmə, "məhkəmə" qurma kimi hərəkətlərinə son verməsini istəyib.
Vəkili vasitəsi ilə PKK üzvlərinə mesajlarını çatdıran Öcalan bildirib ki, kürd probleminin həlli yolunda tarixi addımların atılması ərəfəsindədirlər: "Təxminən altı ildir davam edən dialoqda əhəmiyyətli addımlar atılıb. Problemlərin həllinə istiqamətli razılaşmağa qədər çatmış vəziyyətdəyik".
PKK-nın gənc üzvlərindən terrorçuluğa son qoymasını qəti şəkildə tələb edən Abdullah Öcalan qeyd edib ki, seçkidən əvvəl əhəmiyyətli addımlar atılacaq.