Erməni yazardan sensasion məqalə - "Rusiya Azərbaycana..."

25-12-2014, 14:28   
Erməni yazardan sensasion məqalə - "Rusiya Azərbaycana..."
Erməni jurnalist Yeqizar Ayntabsi Ermənistan mediasında təhlil yazısı ilə çıxış edib.

Avropa.info xəbər verir ki, erməni yazar Rusiyanın Ermənistandan istifadə müddəti bitən əşya kimi istifadə edib kənara atdığını, əvəzində isə Azərbaycanla münasibətlər qurduğunu iddia edib. Həmin yazı aşağıdakı kimidir:

"RİA Novosti agentliyi Rusiya şirkəti “KamAZ”a istinadən məlumat yayıb ki, “KamAZ” avtomobillərinin Gəncədə yığılması ilə bağlı Azərbaycanla müqavilə bağlayıb. Proses 2015-ci ildə başlayacaq. Əvvəlcə Azərbaycana detallar göndəriləcək. Gəncədə avtomobillər yığılacaq, avtomobillərin detallarının istehsalı başlayacaq.

Faktiki olaraq Rusiya Ermənistanın ünvanına hədələr yağdıran Azərbaycanı nəinki tam silahlandırır, sərmayələr yatıraraq, onu iqtisadi cəhətdən də möhkəmləndirir. Bu Ermənistandakı kimi energetika sahəsinin monopoliyaya alınması şəklində baş vermir, sərmayələr ağır sənayeyə yatırılır.

Ermənistan Rusiya üçün yalnız siyasi əlavə rolunu oynayır, iqtisadi cəhətdən isə heç bir maraq oyatmır. Rusiya-Azərbaycan iqtisadi müqaviləsi Avrasiya İttifaqının Ermənistana verəcəyi 170 milyon dollarlıq bazar mifini darmadağın edir. Həqiqətdə isə Ermənistanın sifətinə 170 milyon sillə çəkilib.

Buna baxmayaraq, Ermənistan Azərbaycana yatırılan investisiyalara görə Rusiyadan inciməməli, onlar uğrunda mübarizə aparmamalıdır. Küsmək və bənzər şeylər uşaq oyuncağı imiş. Ancaq söhbət böyük siyasətdən, mürəkkəb geosiyasi məkanda rəqabətdən və maraqların qorunmasından gedir.

Ermənistanın maraqları tələb edir ki, Rusiyanın Azərbaycana qoyduğu sərmayələri qısqanmasın, əksin iqtisadi cəhətdən Rusiyadan daha da asılı olsun, iqtisadiyyatına qoyulacaq sərmayələri uzaqlarda, Qərbdə, İranda, Çində axtarsın.

Azərbaycan-Rusiya müqaviləsi bir daha onu sübut edir ki, Rusiyanın iqtisadi, təhlükəsizlik sferasındakı maraqları tamam başqa yerdədir. Ermənistanla “müttəfiqlik” isə yalnız kağız üzərindədir.

Bununla yanaşı neft qiymətlərinin düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının böhran keçirməsi fonunda rus investisiyaları bu gün perspektivsiz sayıla bilər. Belə baxanda burada qısqanılacaq heç nə yoxdur, dərs çıxarmaq və tələsmək lazımdır.

Rusiya iqtisadiyyatında ilk silkələnmə Ermənistan iqtisadiyyatını məhv edəcək. Rusiya Maliyyə naziri Aleksey Kudrinə görə bu yalnız iqtisadi böhranın çiçəkləridir.

Ermənistan buna hazırlaşmalı və Rusiya kapitalına olan münasibəti dəyişməlidir. Ermənistan xarici sərmayələr üçün üzünü artıq başqa istiqamətə tutmalıdır.

P.S. Erməni müəllif ölkəsinin Rusiya ilə iqtisadi əlaqələrini dayandırmağı və qoyulacaq sərmayələri Qərbdə, İranda, Çində axtarmağı təklif edir. Fəqət erməni müəllif nədənsə, ölkəsinin irili-xırdalı bütün sənayə müəssisələrinin borc müqabilində Rusiyaya uzunmüddətli icarəyə verildiyini unudur. Elə bir icarə ki, bu Ermənistanı faktiki olaraq Rusiyanın forpostuna çevirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.