Türkiyədən Azərbaycana qayıdan müğənni İradə İbrahimova bu gün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən ifaçı O, bildirib ki, sözləri İsra Gülümsərə, musiqisi Henreyə, aranjemanı Tolqa Çelikə məxsus “Senelər” adlı mahnıya klip çəkdirib: “ Artıq 4 ildir ki, sənətdən uzaq idim. Buna səbəb şəxsə həyatıma başımın qarışması idi. Amma artıq bu gendən etibarən yenidən sənətimə start vermişəm. Bu gün yeni klipi təqdim edirəm. Düşünürəm ki, seviləcək. Türkiyədə bir çox tanınmış sənətçilərdən Ozan Çolakoğlu etdi, Sərdar Ortacdan və digərlərindən mahnı oxumuşam. Həmin bəstələri zamanla təqdim edəcəm. Xeyli fasilədən sonra dəyişiklik etmək istədim. Ona görə də mahnıların əksəriyyətini Türk dilində yazdırdım. Hər zaman maqazin proqramlarından qaçmışam. Buna görə də peşmanam. Amma artıq yenidən sənətə yeni nəfəslə başladım. Düşünürəm ki, hər şey ürəyim istəyən kimi olacaq. Klipi Türkiyədə oranın komandası ilə çəkdirdim. İmkanım olsa, gedib Londonda klip çəkdirərdim. İşlərim bununla bitmir. Artıq dayanmayacam”.
Xatırladaq ki, klipi klipin rejissoru Gülşən Aybabadır. Gülşən xanım keçmiş futbolçu, “Beşiktaş”ın sabiq baş məşqçisi Samet Aybabanın qızıdır.
Qeyd edək ki, İ.İbrahimovanın daha bir klipi “Olmamalıydı” adlı klip də yaxın müddətdə ekranlara çıxacaq. Bundan əlavə ifaçının 5 mahnısı ardıcıl şəkildə yayıma buraxılacaq.