"Qaldığım yerin kirayəsi 5500 lirədir"
"Gülən camaatı"nın lideri Fətullah Gülən sərvəti ilə bağlı açıqlama verib. Gülən yer üzündə tikili bir daşı belə olmadığını deyib. "Bir vicdanınıza sual edin. İstəsəydim mənim sərvətim olmazdımı?".
Əsgərlikdən öncə imamlıq etmişəm. Ondan sonra 15 il vaizlik etdim. Dövlətdən maaş alırdım. Yoxsul olmasam onu da almayacaqdım. Gündə 1 və ya 2 dəfə yemək yeməklə dövlətin verdiyi 170 lirə (57 manat) ilə illərlə yaşadım.
F.Gülən sadəcə kitablardan gələn pulla keçindiyini və yaşadığı evin kirayə haqqını verdiyi deyib. O, qaldığı yerin kirayəsinin 5500 lira (1860 manat) olduğunu deyib. "Mən sadəcə 1 otaqdan istifadə edirəm. Zaman-zaman dostlarım gəlib qalır".
O, zəngin ailədə yaşamadığını və atasının da imam olduğunu deyib. "Rəbbimin bildiyi şeyləri sizə deyirəm. Qardaşlarımın evində yediyim yeməyin belə hesabını vermişəm..."
Xatırladaq ki, F.Gülən haqqında həbs qərarı çıxarılıb. Bu qərar Türkiyədə bir necə gün öncə başlayan "paralel hökumət" əməliyyatı ilə bağlı verilib.
Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.